Qadin.NET / "Yağış yuyur, gün qurudur" Ramiz Rövşən

"Yağış yuyur, gün qurudur" Ramiz Rövşən

"Yağış yuyur,gün qurudur"

"Yağış yuyur, gün qurudur" Ramiz Rövşən

Bu yerləri bu göyləri

Yağış yuyur ,gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur ,gün qurudur.

 

Gözümüzün yaşını da,

Bağrımızın başını da

Qəbrimizin daşını da

Yağış yuyur ,gün qurudur.

 

Gələn nədi ,gedən nədi?

Bələk nədi,kəfən nədi?

Bu dünya öz kefindədi

Yağış yuyur ,gün qurudur.

 

...Ulduzların tozunu da,

Lap günəşin özünü də,

Lap yağışın özünü də

Yağış yuyur ,gün qurudur..

 

Ramiz Rövşən

 


 

13 dekabr 2019
GO BACK