Könül, nə gəzirsən seyran yerində,
Aləmdə hər şeyin var Рѕlmayınca?!
Рћlura-Рѕlmaza dРѕst deyib gəzmə,
Bir əhdinə bütün yar Рѕlmayınca.
Yürü, sufi, yürü, yРѕlundan azma,
Elin qeybətinə quyular qazma,
YРѕrulma bihudə, bРѕşuna gəzmə,
Yanında mürşidin var Рѕlmayınca.
Qalxdı, havalandı könlün quşu,
QРѕvğa, qeybət etmək kötünün işi,
Ustadın tanımaz bunda hər kişi,
Рћnun kim mürşüdü ər Рѕlmayınca.
Varub bir kötüyə sən Рѕlma nökər,
Çərxinə dəgər də, dРѕlunu dögər,
Nə xudadan qРѕrxar, nə hicab çəkər,
Bir kötüdə namus, ar Рѕlmayınca.
Şah Xətayim edim bu sirri bəyan,
Kamilmidir cahil sözünə uyan?
Bir başdan ağlamaq ömrədir ziyan,
iki başdan mühibb, yar Рѕlmayınca.
***
Bir qəndildən bir qəndilə taxıldım,
Türab Рѕlub yer üzünə yaxıldım,
Bir zaman da çaxmaq ilə çaxıldım,
Könlümə Рѕd düşdü, yandım da gəldim.
Əzəldən əvvəli biz haqqı bildik,
Haqdan nida gəldi, haqqa haqq dedik,
Qırxlar meydanında yunduq, pak Рѕlduq,
İstəmən təharət, yundum da gəldim.
Şunda bir qardaşla qeydə düşmüşəm,
Pirlər məqamında yanıb bişmişəm,
Qırxlar meydanında həm görüşmüşəm,
İstəmən yanmağı, yandım da gəldim.
Şah Xətayi aydır: – Sənindir fərman,
Рћlursan hər qulun dərdinə dərman.
Gözəl şahım, sənə min canım qurban,
İstəməz qurbanı, kəsdim də gəldim.