Qadin.NET / Səninlə

Səninlə


Əziz xanımlar, ilk şeirim ayrılıqdan idi. İndi isə öz xoşbəxtliyimdən yazmışam. 

Əlimi tutduğun o gündən bəri,
 Başqa bir dünyanın içindəyəm mən.
 Adını qəlbimə yazandan bəri
 Səninlə dünyanın xoşbəxtiyəm mən.


Sən mənim ilk və son məhəbbətimsən
 Qəlbimdə daima yerin var sənin.
 Sən mənim sevincim, səadətimsən,
 Səninlə dünyanın xoşbəxtiyəm mən.


Necə ki sevmişdim altı il öncə,
 Yenə də mən elə sevirəm səni.
 Yaşa bu dünyada, yaşa ümidlə
 Səni ömrüm boyu sevəcəyəm mən.


Səninlə dünyanın xoşbəxtiyəm mən,
Səninlə bilmişəm ailə nədir.
 Tanrım nəsib etdi üç övlad bizə
 Səninlə bilmişəm analıq nədir,
 Səninlə dünyanın xoşbəxtiyəm mən.

2 noyabr 2011
GO BACK