Qadin.NET / İmadəddin Nəsiminin qəzəlləri

İmadəddin Nəsiminin qəzəlləri

 

Nəsiminin qəzəlləri

İmadəddin Nəsiminin qəzəlləri

Dünya çün mürdardır, igrən könül, mürdardan!

Gül degil dünya, tikandir, nə umarsan xardan?

 

Dünyada bir yar vəfalı kimsənə görmüş degil,

Fariğ ol barı, nə hasil şol vəfasız yardan?

 

Axirət darından istə hər nə məqsudun ki, var,

Dünyanın miqdarı yoxdur, keç bu bimiqdardan!

 

Müddəi cövrü cəfasın həddən aşırdı, vəli

Yar əgər yari qılarsa, qəm degil, əğyardan.

 

Çün Nəsimi zahidin halını bildi kim, nədir,

Meydən ikrah eyləməz, qafil degil xummardan.

 

***

 

Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni,

Xoşmusan, ey bərgüzidə yar, xoş gördük səni.

 

Doğrusu, müştaq idik, cana, bəsi didarına,

Ey gözü nərgis, üzü gülnar, xoş gördük səni.

 

Gəlməyə çün afitabü getməyə çün mahitab,

Haliya, ey kövkəbi-səyyar, xoş gördük səni.

 

Müddəilər tən urarlar irqətindən halıma,

Bir dəxi bər kuriyi-əğyar, xoş gördük səni. 

 

Dərdimənd olmuş idi miskin Nəsimi sənsizin,

Ey vüsalın dərdimə timar, xoş gördük səni.

 

2 noyabr 2019
GO BACK