Mən səni sevdikcə sən sevəcəksən
Sevilmək nə imiş dərk edəcəksən!
Sevgimin qədrini sən biləcəksən
Mən səni sevdikcə sən sevəcəksən!
Baxıram quşların yaz həvəsinə
Ehtiyacım var isti nəfəsinə
Qulaq as qəlbinin təmiz səsinə
Sən səndə mən tapıb mən sevəcəksən!
Səni görməyən göz yaş axıdınca
Tapdım mən sevdamı düşdüm dalınca
Sevdaya düşəcəksən mənə baxınca
Mənimlə bərabər tən sevəcəksən!
Ən gözəl günlərim keçib səninlə
Kədər axıracan həmdəm mənimlə
Baxma ki mən sevdim qüssə-qəmimlə
Sən üzdə təbəssüm şən sevəcəksən!
Sanma ki səsləyir ahı-fəryadın,
Büsutun olubdu sonu Fərhadın
Sevirəm sözüdü təkcə imdadın,
Düşsə də saçına dən sevəcəksən!