Qadin.NET / Gəlin köçən qız...

Gəlin köçən qız...

 

Gəlin köçən qız...

Ata ocağından gəlin köçən qız,

 Həmişə ləkəsiz saxla adını.

 Getdinmi, kövrəlmə, darıxma sən,qız,

 O evdə isindir öz həyatını.

 

 

 

O evin namusu adınla bağlı,

 

Uçura bilərsən bir an içində.

 

Həyatda nə varsa qadınla bağlı,

 

Qaçıra bilərsən bir an içində.

 

 

 

Dilində nə qədər şirinlik olsa,

 

Ömrünə-gününə bəzəkdir ancaq.

 

Eşqində nə qədər dərinlik olsa,

 

Adın da o qədər uca olacaq.

18 oktyabr 2011
GO BACK