Qadin.NET / "Eylə" qəzəli

"Eylə" qəzəli

 


"Eylə" qəzəli

Dünya duracaq yer deyil, ey can, səfər eylə!

Aldanma anın halına, andan həzər eylə!

 

Bir halə qərar eyləmə əyyam, keçər ömür,

Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!

 

Payəndə degil dövləti, ey xacə, cahanın,

Əsbabinə aldanma, gəl andan güzər eylə!

 

Gəl aşiq isən sidq ilə şol dilbər üçün, gəl,

Can ilə cahan ortaya qoy, tərki-sər eylə!

 

Düşdü saçının zülmətinə könlüm, ilahi,

Şol hali-pərişanə bu şami səhər eylə!

 

Çün hüsnünə xətm oldu bu gün dövri-məlahət,

Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə!

 

Gər Musiyi-İmran kimi şol narə sataşdı,

Gəl, tabişini göstərü şəhri-şəcər eylə!

 

Dünya evinin səltənəti beş gün imiş çün,

Bünyadını yıx, ər kimi, ziru zəbər eylə!

 

Şol püstədəhanın xəbərin bildi Nəsimi,

Şirinlərə şol tüngi-şəkərdən xəbər eylə!

 

İmadəddin Nəsimi

20 sentyabr 2019
GO BACK