Qadin.NET / "Kaş ki" Nüsrət Kəsəmənli

"Kaş ki" Nüsrət Kəsəmənli

KAŞ Kİ

"Kaş ki" Nüsrət Kəsəmənli

Nələr, nələr yada düşdü,

Xatirələr oda düşdü.

O günlərdən qəlbimizə,

Qorxulu bir səda düşdü,

Görməyəydim kaş ki, səni.

 

Bahar gəldi qış evinə,

Bu köçəri quş evinə.

O vaxt naşı bənna kimi

Yaddaşımın daş evinə

Hörməyəydim kaş ki, səni.

 

Külə dönmüş od-ocaqsan,

Bəlkə belə qalacaqsan.

Onda uşaq deyildim ki,

Bilirdim ki, solacaqsan.

Dərməyəydim kaş ki, səni.

 

Hicran gəldi sinə-sinə,

Günlər ötdü sənə-sənə.

Bir güldan da saxlayaydım,

Öz əlimlə özgəsinə

Verməyəydim kaş ki, səni...

 

Nüsrət Kəsəmənli

16 sentyabr 2019
GO BACK