Hara gedirsən, qaranquşum?!
Gətirdiyin baharı
gerimi aparırsan?
Boş yuvan üşüyəcək
məhəbbətsiz gönültək.
Səninlə göçəcəkdir
obamızda gül-çiçək.
Balaların arxanca
qanad açıb uçurlar,
Qoy bu yeri tanısın
bu dimdiyi puçurlar...
Getmə, qaranquşum, getmə,
Barı balalarına
köçərilik öyrətmə,
Hara gedirsən, qaranquşum?!
Səma ki, torpaq deyil
eniş-yoxuşu olsun.
Sərhəd dirəklərinin
ya bu yurdun çiçəyi,
Ya da elin tufanı,
leysan yagış olsun.
Göylərimi oxşayacaq
xaraba yuvaları?
Yuvanda bir cüt bala
qoy qalsın bu il barı.
Qoy uçsun təbiətin
köcərilik ilqari;
Hara dedirsən qaranquşum?!