Qadin.NET / Yunus Əmrənin şeiri

Yunus Əmrənin şeiri

 


Həyatı və şəxsiyyəti haqqında çox az məlumata sahib Yunus Əmrə-nin yaradıcılığı, Anadolu Səlcuq dövlətinin dağılması və Anadolunun müxtəlif bölgələrə kiçik-böyük Türk bəylikllərin qurulmaya başladığı dövrləri əhatə edir. Həmçinin yaşadığı dövr,Osmanlı imperiyasının qurulmağa başladığı dövrdür.


 


Yunus Əmrənin şeiri

 


Biz dünyadan gedər olduq


Qalanlara səlam olsun.


Bizim üçün xeyir-dua


Qılanlara səlam olsun.


 


Əcəl bükə belimizi


Söylətməyə dilimizi


Xəstə ikən halımızı


Soranlara səlam olsun.


 


Tənim ortaya açıla


Yaxasız kömlək biçilə


Bizi bir asan vəch ilə


Yuyanlara səlam olsun.


 


Sal verilən qəsdimizə


Gedər olduq dostumuza


Namaz üçün üstümüzə


Duranlara səlam olsun.


 


Dərviş Yunus söylər sözü


Yaş dolmuşdur iki gözü


Bilməyən nə bilsin bizi


Bilənlərə səlam olsun.


 


Yunus Əmrə

1 sentyabr 2019
GO BACK