Mən öldürdüyünüz qadınam;
On beş yaşında ərə verib
kitablarımdan ayırdığınız,
arzularımı boğduğunuz,
yumşaq oyuncağımla yatmadığım gün
məni öldürdünüz...
Mən öldürdüyünüz qadınam;
On altı yaşında ana olan,
özüm uşaq ikən,
özümdən bir uşaq dünyaya gətirən zaman öldüm.
Yaşıdlarım məktəbə gedərkən,
mən qızımı bələyəndə öldüm.
Onlar küçədə gizlənqaç oynayarkən,
məni ərim zorladığında öldüm...
Mən öldürdüyünüz qadınam;
Dəftər yerinə əlimdə bir külfətin qazan qaşığı,
Məzun geyimi əvəzində ağ gəlinlik libası geydirdiyiniz,
kəfən misalı...
Mən öldürdüyünüz qadınam;
Diri-diri torpağa basdırdınız,
Ocağa atıb yandırdınız,
Daşladınız, dışladınız.
Yetmədi, külümü göyə sovurdunuz...
Mən öldürdüyünüz qadınam;
Qız olduğu ucun abort olunmuş körpənin çılığıyam.
Ər qorxusu ilə o masada
canından balasını çıxaran ananın içindəki fəryadıyam.
Bütöv deyil,
hissə-hissə doğrayan cərrah bıçağının iti baxışıyam...
Mən öldürdüyünüz qadınam;
Əsir bildiyiniz, cariyə etdiyiniz,
Bir gecədə 30 dəfə təcavüz etdiyiniz,
Saçından asdığınız, ruhunu qırbacladığınız,
mənəviyyatını öldürdüyünüz qadınam...
O qadınam;
Gecə küçəyə çıxsam, pozğun dediyiniz,
Evə gec qayıtsam, "adamı" var dediyiniz,
Boşanarsam, potensial fahişə kimi gördüyünüz,
Dilinizlə, dininizlə, belinizlə
öldürdüyünüz qadınam.
Amma bu gün ayaqda duran,
Çalışan, qazanan, övlad yetişdirən.
Topluma açılan, söz sahibi olan,
oxumuş, bilgili, kültürlü.
Canına oxuya bilmədiyiniz,
daşlayamadığınız,
dışlayamadığınız,
yandıramadığınız,
Bitirəmədiyiniz bu qadınam mən!
Mən ölürəmədiyiniz qadınam!
Aysel Abdullazadə