Yenə yağış yağırdı...
Toz ətirli küçədə
Belə gözəl gecədə
Sənsiz gəzmək ağırdı.
Yenə yağış yağırdı...
Yarpaqlar nazlanaraq yağışda
yuyunurdu,
Sən yox idin,
Qəlbimdə tənhalıq
duyulurdu
Ürək sənsiz fağırdı.
Yenə yağış yağırdı...
Hər damlası məhəbbət,
Hər damlası bir həsrət.
Yenə yağış yağırdı...
Başımın üstə duman,
Tənhaydım,
tənha yaman.
Sevgim yağışla birgə
yer üzünə yağırdı...
Haradansa doğma səs birdən məni çağırdı.
Yenə yağış... yenə sən...
Allah, necə xoşbəxtəm!..
müəllif: Afət