SEVƏ-SEVƏ AYRILAQ
Biz xoşbəxt olmadıq sevənlər kimi,
İndi son bahartək sızlar qəlbimiz.
Bələk bu dünyaya gəlmişik, gülüm,
Artıraq dünyanın həstərini biz.
Tənə də, giley də daha əbəsdir,
Bu sirli röyadan ayılaq gərək.
Ya sən gecikmisən ya mən tələsdim,
İndi sevə-sevə ayrılaq gərək.
Könül gizli-gizli yanacaq indi,
Bir damla göz yaşın dənizdir mənə.
Bizə xatirələr qalacaq indi,
Sənin xatirən də əzizdir mənə...
Bilirəm, bu həsrət üzəcək səni,
Çaliş, kölgə kimi sürünməyəsən.
Gözlərim hər zaman gəzəcək səni,
Çalış, gözlərimə görünməyəsən...
Nüsrət Kəsəmənli