Qadin.NET / "Ölmək" Ramiz Rövşən

"Ölmək" Ramiz Rövşən

 

"Ölmək" Ramiz Rövşən

 

Bulud kimi ölmək

bir yaz yağışında.

Ümid kimi ölmək,

bir qız baxışında.

 

Bir yel qanadında

yarpaq kimi ölmək

Bir qəbir altında,

torpaq kimi ölmək.

 

Bir gül kimi ölmək,

bir güldan içində.

Bülbül kimi ölmək

bir hicran içində.

 

Bir səs kimi ölmək

bir kar qulağında.

Bir söz kimi ölmək,

bir lal dodağında.

 

Gündən günə ölmək,

Dönə-dönə ölmək.

Öldükcə dirilmək,

Sonra yenə ölmək...

 

Ramiz Rövşən

10 iyun 2019
GO BACK