Qadin.NET / Daha o gözlərə baxa bilmirəm...

Daha o gözlərə baxa bilmirəm...


Qəlbimi səninlə görüşən zaman,

Sanki gözlərinlə ovsunlayırsan,

Gözünə baxmaqdan doymurdum,inan

Daha o gözlərə baxa bilmirəm.


O gözlə görmüşdüm,sevmişdim səni,

O gözlə vermişdin mənə sevgini,

O gözlə bəxş etdin mənə qüssəni,
 

Daha o gözlərə baxa bilmirəm.


Hicrindən saçıma düşən zaman dən,

Dərdindən saralıb xəstə düşərkən,

O gözdən alırdım şəfaəti mən,

Daha o gözlərə baxa bilmirəm.


Görən kimə baxır indi o gözlər,

Dikilib yollara dondu o gözlər,

Başqa bir çöhrəyə qondu o gözlər,

Daha o gözlərə baxa bilmirəm... 

7 oktyabr 2011
GO BACK