Ömrün səadətli vaxtı
Gələcək, sən gəlməsən də.
Qaş-qabağın tökən baxtım,
Güləcək, sən gülməsən də.
Sitəm əyməz bu qəddimi,
Dağıdaram qəm səddini,
Məni sevənlər qədrimi
Biləcək, sən bilməsən də.
Neylirəm səntək naşını,
Pozdun həyat axışımı,
Zaman axan göz yaşımı
Siləcək, sən silməsən də.
müəllif: Afət