Qadin.NET / "Gedək biz olmayan yerə" Ramiz Rövşən

"Gedək biz olmayan yerə" Ramiz Rövşən

 

Gedək biz olmayan yerə

"Gedək biz olmayan yerə" Ramiz Rövşən

Gəl, əl-ələ tutub gedək,

Gedək biz olmayan yerə

Hər dərdi unudub gedək,

Dərdimiz olmayan yerə.

 

Burda qoyaq özümüzü,

Bu qırışan üzümüzü,

Bu köhnələn sözümüzü,

Gedək biz olmayan yerə.

 

Bir kimsə tutmasın xəbər

Gəl çıxıb gedək birtəhər.

Bu ev, bu küçə, bu şəhər,

Bu dəniz olmayan yerə.

 

Atam oğlu az çapala,

Sən deyən çətin tapılar,

Bu Ramizi kim aparar,

Bu Ramiz olmayan yerə?!

"Gedək biz olmayan yerə" Ramiz Rövşən

Dərd

Göz yaşları süzüldükcə

Adamın quru üzünə,

İçimizdə batan dərdlər

Bir-bir çıxır su üzünə.

 

Qazancımız bitdi bizim,

Bu dünyanın dərdi bizim,

Çevrilərik dərdimizin

O üzündən bu üzünə.

 

Milyon-milyon qəbir varsa,

Bir qəbirsiz şair varsa…

Üzündə bir sağ yer varsa,

Dünyanın tfu üzünə!.

 

Ramiz Rövşən


25 mart 2019
GO BACK