Gəl al bu canı da, cənab Əzrayıl
Belə bir həyatı istəmirəm mən.
Onsuz gələcəysən bir gün mənimçün
Yolunu gözləmək istəmirəm mən.
Sevdiyim insanı aldılar məndən,
Bunun hesabın de sorum kimdən,
Bezmişəm qohumlar-yadlar əlindən
Al canım, yaşamaq istəmirəm mən.
Bir insan yoxdu ki, tuta əlimdən,
Hər bir gələn zərbə vurur qəfildən,
Qəflət yuxusundan oyanıb birdən
Əzrayıl, adını çağırıram mən.
Əzablar əlindən yorulub kölgəm
Dərdlər üzüb onu özü bilmədən.
İndi bilib mənə deyir ki, bərkdən
Dərdin varsa, səni izləmirəm mən.
Gözyaşı gözümü tutub, gülmürəm.
Belə yaşamağım neyçün, bilmirəm.
Düçar olsam şərə heç vaxt dinmirəm,
Yalnız Əzrayılı qınıyıram mən.
Müəllif: Endless Love