Qadin.NET / Həzin mənzərə

Həzin mənzərə

 

Həzin mənzərə

Həyatda  kədərli və düşündürücü anlar az olmur.  Bu hadisəni gormüş və çox təsirlənmişdim. Ona görə də qələmə aldım.
Baxıram pəncərədən nə yaman yağış yağır.

Yollar, küçələr sudur canlı-cansız nə varsa

Damcılardan islanır hamı harasa qaçır.

Gizlənməyə yer tapır, çətiri olanlara yağış bata bilməyir

Pəncərə arxasından gözlərim hey izləyir.

İsti otaq, isti çay

Mən bayıra baxıram.

Titrəyən insanlara kömək etmək istərdim

Romantik həzin yağış səni belə bilməzdim.

Demək belə güclüsən? Amma çox sevimlisən

Şairlər, bəstəkarlar səndən ilham alıblar

Bəlkə yalan deyirəm?

Sən ey şair yağışım, ey bəstəkar yağışım,

Pəncərəmin şüşəsi qəribə naxış alıb

Gördüklərim qəribə, qarışıq görkəm alıb.

Birdən mən onu gordum, yamanca islanıbdır

Nə bir yerə tələsir, nə də ki, çətiri var

Bu nə qəribə qızdır? Gözəl görünüşü var.

O yağışa yaraşır, yağış ona yaraşır

Uzun qara saçları, əynindəki libası

Yamanca islanıbdır.

Telindən süzülən su, üz-gözünə yayılır

Bütün fikrim-nəzərim

Dikilibdir bu qıza.

Ürkək nəzərlər ilə ətrafına hey baxır

Çiyinləri titrəyir, görəsən ağlayırmı?

Yox, soyuqdan titrəyir.

Mən saata baxıram, əqrəblər tıqqıldayır

Tıqqıldayan əqrəblər, zamanı kəsib gedir.

Bayıra boylanıram

Qız hələ də ordadır.

Gor necə bir haldadır

Niyə belə edir o?

Yoxsa belə etməklə

Intiharmı edir o?

Qolundakı saata

Baxmaqdan da yorulub.

O baş-bu başa gedir

Keçən dəqiqələrdə ömür də, gün də gedir.

Mən də onunla birgə burda var-gəl edirəm

Onun gözlədiyi an gəlib çatdı deyəsən

Mən onu seyr edirəm.

Yanında bir gənc də var

Əynində gödəkçəsi, əlində çətiri var.

Əllə-qolla danışır, coşub-daşır, alışır

Yazıq qızın qəlbini, ümidlərin yandırır.

Macal vermir danışsın

Elə hey sözün deyir

Qiz islanır yağışda

O çətir altındadır.

Heç nə vecinə deyil

Əlindəki dəftəri qıza sarı uzatdı

Son sözünü deyirdi.

Deyib-danışan oğlan gəldiyi kimi getdi

Qızın xəyalları da onunla birgə itdi.

Sakitcə durmuşdu qız

Gözdən itən maşının arxasınca baxdı qız.

Barmaqları sustaldı

Yaman sarsılmışdı o.

Düşdü dəftər əlindən

Kiçıcık gölməçəyə

Vərəqləndi vərəqlər

Vərəqlər arasında solmuş qızılgül də var.

İllərin xatirəsi, əzəmətli sevgisi

Bu güllə soldu getdi.

Gözləri buludlandı

Buludlara qoşulub

Qız da leysan axıtdı.

İslanmış dəftərində, o solmuş al çiçəkdə

Bir gəncin duyğuları, məhəbbəti var idi.

Çıxıb getdi gözəl qız,

Gözdən itdi gözəl qız.

Ayaqlanırdı dəftər, tapdanırdı o çiçək,

Qızın arzularıtək, qızın ləyaqətitək.

28 sentyabr 2011
GO BACK