Qadin.NET / Getməyəsən...

Getməyəsən...


Sən gedirsən, söylə kimi

Köməyimə çağırım mən.

Necə tutum sən getdiyin

Hər izi mən,cığırı mən,

Getməyəsən!

***

Dağlarımı haraylayım

Yollarını kəssin sənin?!

Küləkləri səsləyimmi,

Yollarında əssin sənin,

Getməyəsən!

***

Buludlara yalvarımmı,

Yağış olub səpələnsin?!

Bəlkə dəniz coşub-daşsın,

Yollarına ləpələnsin,

Getməyəsən!

***

Öz eşqimlə dağlar kimi

Yollarını kəsərdim mən,

Nəfəsimlə küləklər tək

Yollarında əsərdim mən,

Getməyəsən!

Getməyəsən! 

9 sentyabr 2011
GO BACK