Sən gəzdiyin yerləri gözlərimlə öpmüşəm,
Ayağının altına şux çiçəklər səpmişəm,
Sən bu məhəbbətimi yenə də az bilmisən,
Mənim əzablarıma narın-narın gülmüsən.
Mən beləyəm-sən elə!
***
Vaxt olub ki,özünü vurub görməməzliyə
Bilməmişəm heç niyə,
Yanımdan bir yel kimi
Keçmisən saymazyana.
Sən eləsən-mən belə!
***
Barışmağın bir həftə
Küsməyin bir ay çəkir.
Sevirik bir-birimizi
Buna zərrə şübhə yox.
Mən səni səndən də çox,
Sən məni məndən də çox.
Eşqimizin mahnısı yayılsın eldən-elə,
Sən eləsən-mən belə,
Mən beləyəm-sən elə!