Dinc durmadı dilim yenə,
Çünki demək borcdur mənə.
Bir sualım vardır sənə,
Günlər gedir güdaza,
Nə vaxt gəlirsən namaza?
Nəzər eylə bir Qurana,
Əmr olunub hər bir insana.
Yenə uyub o şeytana,
Demə qaldı gələn yaza,
Nə vaxd gəlirsən namaza?
Soymaqdansa bu milləti,
Bir az düşün axirəti.
Bəsdir yığdın var-dövləti,
Versənə nəzir-niyaza,
Nə vaxt gəlirsən namaza?