Qadin.NET / Mirzə Ələkbər Sabirin şeiri

Mirzə Ələkbər Sabirin şeiri

Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabirin şeiri

İstəsən könlüm kimi zülfün pərişan olmasın,

Ol qədər cövr ət mənə ah etmək imkan olmasın!

 

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,

İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!

 

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!

Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

 

Atəşin ruyində əfitək yatıb geysulərin,

Türfə cadudur ki, mar atəshdə suzan olmasın!

 

Derlər, aşiqküş nigarım qətlimə amadədir,

Allah, allah, bir səbəb qıl kim, peşiman olmasın!

 

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!

Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

 

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,

Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?

 

30 oktyabr 2018
GO BACK