Süleyman Haşımov
Gəl... Geri dön...
Gəl danışaq, dərdləşək
Gəl anladım necə hissdi tək başına sənsizliyi daşımaq
Maraqlıdır görəsən,
Necə hissdi söylə görüm?
Sətirlərə qovuşub, şeirlərdə yaşamaq
Mən ki səni sevmirəm, sevir sətirlər səni
Sevir səni misralar, sevir ətirlər səni
Bəs görəsən biz nə vaxt birlikdə seviləcik
Bəs görəsən görəcəkmi bu şəhər bizi yenə
Görəcəmmi " Xəzər " gözü, görəcəmmi saçını
Başımı qoyan zaman ağrıyar dizin yenə?
Gəl...
Gəl, geri dön sənə səndən danışım
Gəl anladım sənsizliyi elə sənin özünə
Görüm bax onnan sora güzgüdə görən zaman
Gözlərin necə baxar utancdan öz gözünə
Gəl anladım yaşadığın misraların içində
Necə hissdi yaza-yaza ağlayaraq yox olmaq
Gəl anladım necə hissdi bu qədər adam ilə
Tənhalığda boğulmaq...
Gəl... Gəl...