Qadin.NET / BƏLKƏ DƏ ... HEÇ YOXSAN ... (şeir)

BƏLKƏ DƏ ... HEÇ YOXSAN ... (şeir)

 

MƏHSƏTİ ŞEYDA ƏLİ QIZI - BƏLKƏ DƏ ... HEÇ YOXSAN ...

BƏLKƏ DƏ ... HEÇ YOXSAN ... (şeir)

Geymişəm EŞQini ruhuma Payız

Gəzirəm məcnuntək tək tənha yalqız ...

Vurnuxur gözlərim axtarır səni

Görənlər deyirlər ... dəlidir bu qız ...

 

Gah yerlə gah göylə danışıram mən

Gah da ki xəzələ qarışıram mən ...

Xəzəl yarpaqları basıb bağrıma

Hardadır Payızım soruşuram mən ...

 

Səsimə səs vermir mənim sonbahar

EŞQimə dil deyib buludlar ağlar ...

Kəsilər ümidi ümidimin də

Könlüm sənsizliyin yasını saxlar ...

 

Dünya sədaqətlə sınayır məni

İradəm gülərək qınayır məni ...

Könlümü zəbt edib sənsiz qəm kədər

Sanki qəm qurbanı o sayır məni ...

 

Beləcə ay ötür illər dolanır

Sənin varlığını vüsal da danır ...

Bəlkə də ... heç yoxsan... bəlkə xəyalsan

Ruhum xəyalını öz EŞQi sanır ...

Ruhum xəyalını dəli tək anır .

15 oktyabr 2018
GO BACK