Qadin.NET / Hicabın üz qaralığı (şeir)

Hicabın üz qaralığı (şeir)

 

HİCABIN ÜZ QARALIĞI

Hicabın üz qaralığı (şeir)

Aytək üzündən at, gözəlim, o niqabı sən,

Ta ki, xəcalət eyləyəsən afitabı sən.

Gör, mən yazıq ki, gözlərinin bir fədasıyam,

Bundan xərab eyləmə mən tək xərabı sən.

 

Qorxum budur ki, tapmayasan gülməyə macal,

Axtar bu göz şüşəmdə o gülgün gülabı sən.

Onda ki, gözlərin süzülüb bir çimir gəzər,

Qov lap uzaqlara belə qəflətli xabı sən.

Hicabın üz qaralığı (şeir)

Gör, inqilab bayrağı zülfündə gizlənir,

Qalx, qaldır, ey mələk, aləmi-inqilabı sən.

Nöqsana, eybə pərdə çəkər, gizlədər niqab,

Ey gül, götür üzündən, ayır o niqabt sən.

 

Ağlar bulud ki, gülşəni-aləmdə gül gülə,

Gülsən o gül kimi, dağıdarsan səhabı sən.

Öz haqqın istəyərsə qadın, söylə bir görək,

Hardan, necə, nədən verəcəksən cavabı sən.

 

Ağ gün gətirdi şeyxə sənin qarə paltarın,

Qarə gününlə qarə edibsən hicabı sən.

Meydən danışma şeyxə, ona mey nəyə gərək?

Xalqın qanın içir, yerə əndər şərabı sən.

 

Düşdü güzarmız yenə də qəm diyarına,

Bir yolluq eylə qafilədən bu sərabı sən.

Şərin cırağı olmasa, aydındı yolların,

Öz xeyr əməllərinlə qazandın savabı sən.

 

Saqi, dayan, qulağa pıçıldar bahar yeli,

Şövq ilə səslə bir də bu eşqi-əzabı sən.

Dünya qopanda qəm qopacaq hər tərəfdə, bil,

Fövt etmə fürsəti, götürüb çal rübabı sən.

 

Gör ki, necə bu çərxi-fələk firlanır hələ,

Yad eylə torpaq olmuş o Əfrasiyabı sən.

Xacəylə, şeyxlə vuruşur Şəhriyari-şeir,

Çöndər, varaqla bir də o zəngin kitabı sən.

 

Məhəmməhüseyn Şəhriyar

10 oktyabr 2018
GO BACK