Qadin.NET / Cabir Novruzun şeiri

Cabir Novruzun şeiri

 

Şirin Günlər, şirin Çağlar,

Bir-bir gəlib düşər yada

 

Cabir Novruzun şeiri

 

Yavaş-yavaş Gecə keçər, Gecə keçər Yar,

Heç bilmirəm necə keçər, necə keçər Yar

Səni durub düşündükcə, düşündükcə Yar

Qoşun çəkər xatirələr, xatirələr Yar

 

Şirin Günlər, şirin Çağlar,

Bir-bir gəlib düşər yada

Ürək deyər ayrılığın

Üzü dönsün bu Dünyada

 

Ay çəkilər yuxu kimi, yuxu kimi Yar

Bir Ovçunun oxu kimi, oxu kimi Yar

Hami deyər, hamı gülər, hamı gülər Yar

Mən gülmərəm çoxu kimi, çoxu kimi Yar

 

Şirin Günlər, şirin Çağlar,

Bir-bir gəlib düşər yada

Ürək deyər ayrılığın

Üzü dönsün bu Dünyada


28 sentyabr 2018
GO BACK