Qadin.NET / Nüsrət Kəsəmənli "Nişan üzüyü"

Nüsrət Kəsəmənli "Nişan üzüyü"

Nüsrət Kəsəmənli "Nişan üzüyü"

Nüsrət Kəsəmənli "Nişan üzüyü"

Kaş elə yanaydım, sönməz olaydım,

Ayrılıq getmişdim, dönməz olaydım.

Xınalı əlini görməz olaydım,

Gözümü kor etdi nişan üzüyün...

 

O isti nəfəsin bir bahar idi,

Qəlbimi dağladan intizar idi,

Bəlkə barışmağa ümid var idi,

Səni məndən etdi nişan üzüyün...

Nüsrət Kəsəmənli "Nişan üzüyü"

Niyə fələk bizə vermədi aman?

Ayrılıqmı oldu arada duman?

Səninlə əl-ələ görüşən zaman

Əlimi kül etdi nişan üzüyün...

 

Bəlkə də üz-üzə çıxmarıq yenə,

Bu nişan üzüyün qəsd etdi mənə,

Nə deyim, sevgilim, nə deyim sənə?

Dünyamı dağıtdı nişan üzüyün...

 

Sənə son sözümü deyib gedirəm,

Əlinə son dəfə dəyib gedirəm,

Mən səndən ömürlük küsüb gedirəm,

Səni məndən aldı nişan üzüyün.


27 sentyabr 2018
GO BACK