Qadin.NET / Cəfər Cabbarlının "Bilirəm" və " Sevdiyim" şeirləri

Cəfər Cabbarlının "Bilirəm" və " Sevdiyim" şeirləri

 

BİLİRƏM

 

“Zəhlə töküb yazma” – deyənlərə

Cəfər Cabbarlının "Bilirəm" və " Sevdiyim" şeirləri

Yazdığım zəhləni tökməkdədi çРѕxdan, bilirəm,

Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm!

Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm,

Şüəra və üdəbalar kimi mahir deyiləm.

Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm,

Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm.

Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm,

Yazdığım zəhləni tökməkdədi çРѕxdan, bilirəm!

Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm,

Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm.

Məcburam töhmətin ilə səsimi mən də kəsəm,

Məni əfə eylə, itaət sözünə eyləməsəm.

Mən də çün-çün yazmağıma yРѕxdu bir imkan, bilirəm,

Yazdığım zəhləni tökməkdədi çРѕxdan, bilirəm!

 

SEVDİYİM

 

(Azərbaycanın bayrağına)

Cəfər Cabbarlının "Bilirəm" və " Sevdiyim" şeirləri

Altun köksün hilal-yıldız, işıqları öpüncə,

Zirvəsindən Şah dağının gündoğuşu dinilür.

Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,

Bir siyaqla könüllərə hey salamlar söylüyür.

O yerlərdə qardaşları, dostları var, pək sevir,

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.

Canalıcı bir görkəmlə dağ başında durunca,

Oxşadıqcs bahar yeli açıq-dağnıq tellərin.

Nazlı əlin umuzunda saçlarına vurduqca,

Bir-bir oxşayırsan bütün Turan ellərin.

Altaylardan, Altun dağdan doğma seller bəkləyor

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,

Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,

Qollarilə türk ellərin bütün qucmaq istiyor,

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

 

Cəfər Cabbarlı

 

24 sentyabr 2018
GO BACK