Mən şair deyiləm... Amma aradabir nəsə cızmaqara eləyirəm. Bu misraları yazmağımın səbəbini isə bir-iki kəlmə ilə izah etməli olsam... İnsanlar cüt yaradılırlar, mən zahiri bənzərliyi yox, ruh bənzərliyini nəzərdə tuturam. Təsəvvür edirsiz, hələ qarşınıza çıxmayan o insan sizinlə eyni havayla nəfəs alır, siz keçdiyiniz yollarda onun da ayaq izləri var, bəlkə də eyni mağazada, kafedə, nə bilim, avtobusda və s. eyni vaxtda dəfələrlə olmusunuz.Amma tale sizi bu gün görüşdürüb, bir-birinizə indi bəlli edib. Sizi bilmirəm, amma şəxsən mənimçün bu, çox maraqlıdır. Bax, elə buna görə də bu misraları kağıza tökdüm.
Burdakı xanımların da nə qədər tənqidçi olduğuna bələdəm. Amma sizin verdiyiniz qiymət mənə maraqlıdır.
Bir ümiddik biz o vaxtlar,
Ümid də yox, bir ehtimal.
Bəlkə hə idik, bəlkə yox.
Bəlkə çoxdan tanış idik...
Bəlkə də eyni yoldan
Yüz min dəfə keçmiş idik.
İkimiz də bir ümidlə
Dillənməmiş,
Bir gümanla,
O yollara baxıb-baxıb
Yanımızdan ötən kəsin
O olmağın diləmişdik.
Sonra durmuş bir anlığa
Yerdən onun ayaq izin göstərməyin istəmişdik.
Baxışların arasında
Bizə aid bir cüt nəzər ummuş idik.
Əsdiyi yönü bilməyən
Bir küləyə bənzəmişdik.
Hey gözləmiş, gözləmişdik,
Gözləyənin birinin də
Uzaqda yox,
Bircə addım aralıda olduğunu bilməmişdik.