Qadin.NET / Balam

Balam

Balam

 

***

Mənim ay gözəl qızım,

Çiçək qızım,gül qızım.

Göylərdə dan ulduzum,

Mələk qızım,gül qızım.

***

Şirin sözüm-söhbətim,

Allahdan var istəyim.

Canım-gözüm ürəyim,

Toyunda söz söyləyim.

***

O günü gözləyirəm,

Səmimi istəyirəm.

Xoşbəxt olduğun günü,

Ürəkdən istəyirəm.

***

Xoşbəxt olsun,balalar,

Ağlamasın analar.

Balaların xoş günü,

Mənə ümid yaradar.

***

Ürəkdə arzum çoxdu,

Yazmağa yerim yoxdu.

Zəriş desə qurtarmaz,

Arzular sonsuz olmaz.

 

Qeyd edim ki,bu şeirimi ayans nikli istifadəçimizin istəyilə yazmışam,onun balasının timsalında bu şeiri bütün balalara ərmağan edirəm...bəyəndinizsə çox sevindim,çünki bu şeirin də müəllifi özüməm...Şərhlərinizi səbirsizliklə gözləyirəm.

9 avqust 2011
GO BACK