Qadin.NET / Sənə şeir yazmaq asan iş deyil

Sənə şeir yazmaq asan iş deyil

....Sənə Şeir yazmaq Asan iş deyil...

Sənə şeir yazmaq asan iş deyil

Sənə şeir yazmaq asan iş deyil

Hər dəfə ürəymə sancılar girir...

Hər dəfə gözyaşım gözmə yeriyir...

Ağrımı, gözyaşmı kimsələr bilmir...

...

Hər kəsdən qaçıram, uzaqlaşıram...

Özümə sakit bir yer axtarıram...

Bir küncə qısılıb qələm vərəqlə...

Ürək sözlərimi sənə yazıram...

...

Sonda gözyaşlarım düşür vərəqə

Gözyaşım bürünür şeirlərimə...

Ən pisi yazdığım heç bir məktubu

Yollayıb göndərə bilmirəm sənə...

Sənə şeir yazmaq asan iş deyil

Nə edim, unuda bilmirəm səni...

Sevmədim nə vaxtsa unudam deyə...

Gedəndə, cırmadım şəkillərini...

Çəkmədik getsinlər zibil yerinə...

...

Sən məni unutsan , atsan da belə

Sən məni özgəyə satsan da yenə...

Sən kimi vəfasız olan deyiləm...

Mən səni unudan, atan deyiləm...

...

Sevmədim, tərk edim günün birində

Sevmədim, buraxım özgə əllərdə...

Sevdimsə sonacan sevərəm səni..

Qoymaram, "sevmədi" gəzsin dillərdə..

...

Yolunu gözlərəm gələnə qədər..

Qoy keçsin eybi yox bu ömür hədər..

Bilirəm gələrsən bir gün sevdiyim..

Bu ümid mənimçün hər şeyə dəyər...

..

Gəldiyin günəcən şeir yazaram...

Durub pəncərəmdən yola baxaram...

Qoymaram qəlbimdə sönsün ki, sevgin...

Həsrətin od edib ora ataram...

...

Bircə unutma ki, burdayam, ancaq.

Bircə unutma ki, aşiqəm sənə..

Gözlərəm , sevdiyim, şeir yazaraq....

Nə qədər çətin də olsa bu mənə...

....

Sənə şeir yazmaq asan iş deyil

Hər dəfə ürəymə sancılar girir

Hər dəfə gözyaşım gözmə yeriyir....

Ağrımı, gözyaşmı kimsələr bilmir. 

 

Əhəd Əhədli

7 dekabr 2017
GO BACK