Gözlədim mən səni, gözlədim hər an,
Ötdü payız yeli,yetişdi boran.
Aylar da keçdi ,illər də doldu,
Quşlar da qayıtdı, gəlmədin yaman.
***
Nədir bu ayrılıq, nədir bu hicran,
Könlümün evini eylədin viran.
Məni həsrətinlə edibsən talan,
Sən demə, dediyin olubdur yalan.
***
Yeni bir payız gəldi yenə də,
Yarpaqlar xəzantək yerə düşübdür.
Nə vaxtsa dan yeri söküləndə,
Sözüm "qayıt" oldu, sən qayıtmadın.
***
Göz yaşı içində yaşaram sənsiz,
Sən mənim sevgimi bilməyəcəksən.
Qəlbim alovlanıb yansa da sənsiz,
Sən mənim sevgimi bilməyəcəksən.
Əziz dostlar, əgər bu şeiri bəyəndinizsə, çox sevindim. Çünki bu şeirin müəllifi özüməm...