Qadin.NET / Anama

Anama

  Anama

Sönür dünən gecə yandırdığın şam
Xəstəyəm vərən yox bir az su ana.


Vaqon yırğalayır səni bu axşam
Ey uzaq yolların yolçusu ana.

Darıxır ürəyim yanır nəfəsim
Başımın üstündə yoxdur bir kəsim.


Qəlbimi köz kimi yandırır səni
Bir daha görməmək qorxusu, ana

Döyür pəncərəmi bir acı rüzgar
Bayırda bu axşam yenə boran var.


Bürüyüb qəlbimi çoşğun arzular.
Çəkilib gözümün yuxusu, ana.

 Müəllif: Nigar Rəfibəyli

5 sentyabr 2011
GO BACK