Qadin.NET / "Sənə qış paltarı alıram indi..."(Şer)

"Sənə qış paltarı alıram indi..."(Şer)

"Sənə qış paltarı alıram indi..."(Şer)

Sənə qış paltarı alıram indi

 

Heç fikir eləmə qurbanın olum

Adam başqasını gedib sevər də...

Adam sevdiyini ata bilər də...

Təzə iş deyil ki, başıma gələn....

Başına dönüm....

Adam sevilər də, unudular da,

Gedib başqasına uymaq da olar,

Bir gün yada düşər atıb getdiyin

Sonra peşiman olub qayıtmaq olar,

Adam bağışlar da, bağışlamaz da...

Heç yüz il keçməmiş atıb getdiyin

Yeirndən durunca uçub gələrsən

Üstünü çırpınca baxıb gülərsən

Gözünü açınca çıxıb gedərsən.

Heç fikir eləmə qurvannın olum

Adam aldanar da, peşman olar da...

Sənə yalvarıram özünü üzmə

Ürək yerə düşüb qəfil sınar da

Nə olsun

Ürək sınmayanda bəs nə sınacaq?

Yerimdən durunca

Üstümü çırpınca,

Gözümü açınca

Sən çıxıb getdin,

Nə olsun,

Adam sevdiyini atıb gedər də...

Mənə birçə kəlmə yaz

Evin istimi?

Məni o yandırır, o yandırır ki,

Sənə qış paltarı alıram indi,

Nə olsun,

Adam soyuyar da, adam yanar da....

 

Qəşəm Nəcəfzadə

 

19 oktyabr 2017
GO BACK