Qadin.NET / Qara gözün haqqı (şeir)

Qara gözün haqqı (şeir)

 

Qara gözün haqqı (şeir)

Bax dünyada gözəlliyə 

Olun qara gözün haqqı.

Sonra tərif et bizlərə

O da olsun sözün haqqı.

 

Xoşbəxtliyi göydən istə,

Bu dünyayla barış,

küs də,

Yansın günəş sinən üstə,

Olsun qara közün haqqı.

 

Can ağrısı canı yaxar,

Gözyaşımız qəlbə axar,

Tanrı bizə göydən baxar,

Verər səbir, dözüm haqqı.

 

Fərqanə Yusifqızı

10 oktyabr 2017
GO BACK