Qadin.NET / Hardan biləcəksən (şeir)

Hardan biləcəksən (şeir)

 

Özülə tək qalmadan

hardan biləcəksən sən

nədir yanlızlıq..

Gecələr oyaq qalmayan kəs

bilməz nədir yuxusuzluq.

Sən heç ölmədin ki.

Heç ölməyənlər bilməz nədir intihar.

Ölümlə selfi çəkmək

və çəkdiyin şəkil ilə

mələklərə qovuşmaq..

 

 

Hardan biləcəksən (şeir)

 

Sən yuvasız qalmadan

bilməzsən

quşlar niyə uçur yorğun-yorğun

havada rəqs edir kimi

ovçuların gülləsinə

bilərək tuş gəlir kimi...

Sən susuz qalmadın ki..

hardan biləcəksən

sahildə dənizə həsrət qalan,

tükənməyə, ölməyə məhkum 

balığın son çırpınışın..

 

 

Hardan biləcəksən (şeir)

 

Sən heç adam olmadın ki..

sevgim belə səni adam edə bilmədi.

Sənə olan hisslərimin məzarında

son duamı da oxudum..

bir salavat da çevirib

gedəcəm...

Ya istəsən sən get öndə

bəlkə mən də gülə-gülə

arxanca əl edəcəm...

Fərqanə Yusifqızı

3 oktyabr 2017
GO BACK