Qadin.NET / Gedirsən (şeir)

Gedirsən (şeir)

 

 

Gedirsən (şeir)

 

 

Gedirsən demək ki...

Təhalığı ürəyimə əkib hara gedirən belə?

Əllərimi boş gecələrə, ürəyimi sənsiz keçən

günlərə buraxıb gedirsən...

Yaşadığımız günləri silib, yaşamadıqlarımız

güləri ölümə məhkum edib gedirsən.

Edama məhkum olmuşların belə son

arzusu dinlənilir, sən isə dinləmədən

gedirsən...

 

Gedirsən (şeir)

 


Sevgi dolu ürəyimi viranə şəhər kimi

tərk edib get. Bumu dediyin ilahi duyğu?

Demək, sevgimin ömrü günahsız bir qapını

çırpıb gedənə qədərmiş...Heç olmasa

qapını kandarından ayaq izlərini də yığışdır

gedərkən.

Evimin nurunu apar yolların aydın olsun deyə,

sevincimi götür özünlə kədərlənməyəsən

deyə... Arxanca buraxdığım gözüyaşlı

sevgini unut və get!

Fərqanə Yusifqızı


1 oktyabr 2017
GO BACK