Qadin.NET / İndi (şeir)

İndi (şeir)

 

 

İndi (şeir)

 

Mənsizliyə alış daha, çarə nə,

Yazdıqların yetər daha, bəsimdi.

Sən də artıq yığ gözünü yollardan,

Ümidini bircə yolluq kəs indi.

 

***

Gecə gündüz giley etmə baxtına,

Rahat-rahat davam et həyatına,

Meylini sal bir təsəlli saytına,

Yeni "sevdan" üçün gurla, əs, indi.

 

***

 

İndi (şeir)

 

 

Söylə ona sevdim səni bəstəboy,

Cümlə bitsə sona çoxlu nöqtə qoy.

Romantik ol, şeir söylə-"yandım oy",

Xoş günlərin heç olmasın nəs indi.

 

***

Bu oyunun əvvəli var, sonu yox,

Sənin kimi "eşq dəlisi" çoxdu çox,

Hədəfinə qoy dəyməsin yalan ox,

Sən də otur, artıq eylə pəs indi.

Fərqanə Yusifqızı

27 sentyabr 2017
GO BACK