İnsan, İnsan
son mənzilə addımlar.
İnsan, İnsan
dərindən ağlar.
Gözlərindəki yaşlar
damla-damla axar.
Son mənzildən sonra
açılan qapılara qaçar.
İnsan, İnsan
əllərində qan addımlar.
İnsan, İnsan
gözündə pərdə danışar.
Ağlasa da silinməz
qəlbindəki daşlar.
İnsan, insan
dayanmadan sızlar.
İnsan, İnsan
Son mənzilə addımlar.
Susduqca dərinliyə batar.
Danışdıqca üzə çıxar.
Ustaclı