Günəşin olsun könlündə
Qar belə yağsa, ya da fırtına olsa
Səma buludlarla və ya dünya dava ilə dolsa
Günəşin olsun könlündə
O zaman gəlsin nə gəlirsə
Doldurur işıqlarla ən qaranlıq gününü
Bir nəğmən olsun dodaqlarında
Sevincli nəqarətlərlə
Səni gündəlik dərdlər böhranında boğsa belə
Bir mahnın olsun dodaqlarında
O zaman gəlsin nə gəlirsə
Kömək edir dəf etməyə ən yalnız gününü
Başqaları üçün də bir deyəcək sözün olsun
Dərddə və böhranda
Və öz ruhunu şənləndirəcək hər şeyi
Söylə onlara da, bir nəğmən olsun dodaqlarında
İtirmə əsla ürəyini
Günəşin olsun könlündə
Və hər şey yaxşı olacaq
Kasar Fleskleyn