Nədir bu tərəddüd, nədir həyəcan,
Çəkilsin göylərə bu bədən, bu can,
Qiyamət gəlmədən bu dünyada,
Yan.
Mən də tonqalında donum, üşüyüm
Buraxın, dənizin dibinə düşüm..
***
Gedim balıqlara yem olsun tənim,
Daha istəmirəm, gəl olma "dəlim",
Son dəfə inanım?
ol mənə qənim.
Qoy qalsın üzümdə acı gülüşüm,
Buraxın, dənizin dibinə düşüm.
***
Dünya mənə görə deyilmiş demək,
Yığışın,
tərk edim buranı gərək,
Mənə yoldaş olsun qanadlı mələk,
Artıq yer üzündə qalmadı işim,
Buraxın, dənizin dibinə düşüm.
***
Yaxınlar, uzaqlar məni soraqlar,
Axı nədən getdi, sorar maraqlar,
Bir cavab yox amma,
susar balıqlar.
Daha xəyallarda olar gəlişim,
Buraxın, dənizin dibinə düşüm.
Gedirəm...
dənizin dibinə düşüm...
Fərqanə Yusifqızı