Bu şəhər
bəlkə ən gözəl
şəhər olardı
içində sən olsaydın..
Səninlə daha mavi olardı dəniz
ay daha parlaq, ulduzlar daha yaxın.
Və..
günəş axşamları gözlərimdə batmazdı.
hava şarı daha yüksəklərə uçardı.
Kaleiçində pul qazanan kamançı
musiqi bu qədər ağrılı çalmazdı..
Bu şəhər
bəlkə ən aşiq şəhər olarda
içində sən olsaydın..
Hər gecə qar yağmazdı Mazı dağına
həe sabah həsrətindən əriməzdi.
Hər mövsüm sənə üşüməzdim...
İzini aramazdım
Antalya kavşaklarında.
Bu şəhərdə milyonlarca
turist olsa da,
sənsiz,
it ulayır elə bil
kimsəsiz sokaklarda..
Bu şəhər bu gecə
Yenə süddən kəsiləcək.
Ac qalmayın deyə mənə
Sənsizliyi içirəcək...
Fərqanə Yusifqızı