Qadin.NET / Məni gözəl xatırla (şeir)

Məni gözəl xatırla (şeir)

Məni gözəl xatırla (şeir)

Bunlar son misralar

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından

Ya da bir yağmur, sel oldum çöllərdə

Sonra torpaq çəkdi suyu canına

Yox olub getdim,bəlkə röya idim səninüçün

Oyandın və mən bitdim

Məni gözəl xatırla!

Çünki sevdim sənin mən hər şeyini

Sənə sirdaş oldum, dost oldum

Qoynunda ağladım

Üzünə vurmadım heç bir nöqsanını

Məni üzdün, qınamadım

Məni gözəl xatırla (şeir)

Alışmışdım vəfaslzlığa, əl oldun aldırmadım

Məni gözəl xatırla!

Səhifələrcə məktub buraxdım sənə

Şerlər yazdım hər gecə çoxunu oxutmadım

Saxladım günahını, savabını içimdə, səssizcə getdim

Səndən əvvəlkilər kimi sən də başa düşmədin

Məni gözəl xatırla!

Sənə unudulmaz gecələr buraxdım

Sənə ən yorğun sabahlar

Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım

Söylənməmiş "Salamlar" buraxdım hər küncə

"Vidalar" buraxdım dayanacaqlara

Nə axtararsan bir sevdanın içində

Artıqlamasıyla buraxdım arxamda

Məni gözəl xatırla!

Dizlərində yuxuya getdiyimi düşün

Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün

Sevincli olduğun anları gətir gözünün önünə

Alnından öpdüyüm dəqiqələri

Bir azdan qapını döyəcəyimi düşün

Təəccübləndirməyi sevirəm, bilirsən

Bu da sənə son suprizim olsun

İndi səninlə yaşanan günləri atəşə verirəm

Məni gözəl xatırla!

Gedirəm...

Orhan Veli

Türkcədən tərcümə: Mikayıl Müşfiq

10 sentyabr 2017
GO BACK