Qadin.NET / Get başımdan (şeir)

Get başımdan (şeir)

 

Get başımdan (şeir)

Uğuldayır başımda

sənsizliyin rüzgarı.

Xatirələr xəzəl kimi

süpürür hislərimin küncünə...

Səni yenə and verirəm

həsrətin vüsal gününə

eşqlərin ən böyüyünə

get yaddaşımdan,

qısası get başımdan!!!

Mən də içimdəki yelkənsiz gəmimlə

üzüm yalqızların limanına.

Lövbər atım arzuların gümanına.

Kim bilir bəlkə oralardadı o adam!

yağmurumda islanacaq.

Gözlərimə baxa-baxa

Dərdim ilə yaşlanacaq.

Sən isə axtar şans mələyini

başqa yerdə, məndən uzaq bir dənizdə

əsdir xəzri küləyini....

 

Fərqanə Yusifqızı

8 sentyabr 2017
GO BACK