Qadin.NET / Silər (şeir)

Silər (şeir)

 

Silər (şeir)

Susaraq silər qadın

Xəbərin belə olmaz.

Əvvəl adını silər,

Birdəfəlik unudar.

Sonra baxışlarını

Siləcək yaddaşından,

Düşünər ki, qorxulu

Yuxuymuşsan məsələn.

Əslində həyatına 

Nə gələn var, nə gedən.

Susaraq silər qadın,

Dediyin hər kəlməni

Heca-heca unudar.

Əlinin yaddaşından

Əlinin istisini,

Yatağından ətrini,

Və....

qiymətli xətrini...

Silər, ruhun duymadan..

Paramparça olarsan,

Heç yanın qırılmadan.

Susaraq silər qadın...

Silər...

günəş doğmadan..

 

Fərqanə Yusifqızı

6 sentyabr 2017
GO BACK