Dost oldu tənhalıq mənə illərlə,
Çarəsiz vaxtlarım olub minlərlə,
Ürəyim ovunmaz şirin dillərlə,
Küləklər çatdırsın sözümü mənim,
Həbs etmə gözündə gözümü mənim.
***
İnanan tapılmaz daha qismətə,
Deyərlər azalıb namus-ismətə,
Alışıb varlığım nahaq töhmətə,
Əlimdən gəl alma dözümü mənim,
Həbs etmə gözündə gözümü mənim.
***
Hər kəsə ürəkdə sevgi payım var,
Mənasız ötüşən günüm-ayım var,
İçimdə əkizim, dərdli tayım var,
Üfürmə sən Allah, közümü mənim,
Həbs etmə gözündə gözümü mənim.
***
Bir nağıl istərəm inana bilim,
Uçan xalça ilə göylərdən enim,
Saf eşqin qoy olsun imanım, dinim,
Hər kəs sevgi görsün üzümdə mənim,
Həbs etmə göündə gözümü mənim.
Fərqanə Yusifqızı