Qadin.NET / Bir nəfəslik sevgi

Bir nəfəslik sevgi

Bir nəfəslik sevgi

Bir nəfəslik sevgin qaldı

Bircə udumluq da sevda

Çantamda xəyallarım var

aparıram bir divarı

kor dibinə buraxmağa.

Bircə addım uzaqlaşdım

Eh, indidən yerli-yersiz 

başlamışam darıxmağa.

Sənsə daha yandır səndə olub qalan

hər nəyimi

As qəlbimin guşəsindən

sənə aid ürəyimi.

Yatağının mən hissəsi

Bozaracaq, qaralacaq.

bilmirəm

bəlkə yeni eşqin

daha gözəl boyayacaq.

Əşşi..

unudacam nə vecimə

artıq bütün sevgilərin

olsun canı cəhənnəmə..

 

Fərqanə Yusifqızı

3 sentyabr 2017
GO BACK