Toz bürünmüş yollarına,
Bulaq kimi axım, keçim.
O sevdalı gözlərinə,
Bircə dəfə baxım, keçim.
Payızını yaz eylərəm,
Kamanını saz eylərəm,
Yenə sənə naz eylərəm,
Şimşək kimi çaxım, keçim.
Sənsiz ömrüm ağ varağdı,
Saçlarıma qarlar yağdı,
Bu sevgimə də bir yarpağdı,
Ürəyinə taxım, keçim.
Barsız bağda bitməz çağıl,
Gerçək olan, deyil ağıl,
Mən dəlidən umma ağıl,
Həyatını yaxım, keçim.
Fərqanə Yusifqızı