Yumub gözlərini sil xatirəmi,
Adımı, sözümü, baxışımı.
Düşün ki, pislərin ən pisi mənəm.
Sil məni,
Duamı, qarğışlarımı.
Daha sənlə bağlı büün arzular,
Qıvrılıb bir küncdə bizi izləyir.
Yaralı sevdamız çarəsiz halda,
Sağlıq ocağında növbə gözləyir.
Sil məni,
Yadında nə varsa unut,
Ətrimi, sehrimi, gülüşlərimi.
Dadı dodağından heç getməyəcək,
O məsum, utancaq öpüşlərimi.
Düşünmə keçəcək umu-küsülər,
Yenə də qəlbimiz birgə atacaq.
O saxta, yalançı məhəbbətini,
Ucuz ürəyinə geri satacam.
Yumub gözlərini, sil xatirəmi,
Adımı, sözümü, baxışlarımı.
Düşün ki, pislərin ən pisi mənəm,
Sil məni.
Duamı, qarğışlarımı....
Fərqanə Yusifqızı